KANAL24.AZ
Az Iw En Ru

H.Klinton Trampdan çox səs toplayıb

ABŞ-da keçirilmiş president seçkilərində məğlub olan Hilları Klinton seçici səslərinin say nisbətinə görə Donald Trampdan 1,5 milyon çox səs toplayıb.Bu barədə ABC telekanalı məlumat verib.

Hazırda ABŞ-da prezident seçkilərinin nəticələrinin hesablanması davam edir. Hilları Klinton indiyədək hesablanmış bülletenlərə əsasən 63 390 669 səs, Donald Tramp isə 61 569 824 səs toplayıb.
 
Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 276, Hillari Klinton isə 218 səsini toplayıb.


15:54 21.11.2016
Xəbər lenti
Bütün xəbərlər