KANAL24.AZ
Az Iw En Ru

ABŞ torpaqları qaytarır

ABŞ ordusu Yaponiyanın Okinava adasında onlara məxsus şimal poliqonunun yarısını qaytarmağa hazırlaşır.Məlumata görə, iki ölkənin hökumət rəsmiləri dekabrın 22-də bununla bağlı mərasim təşkil edəcək, minlərlə hektar ərazi Kuniqami və Hiqaşi kəndlərinə təhvil veriləcək. Ağ Ev hələ 1996-cı ildə Okinava adasındakı 7800 hektarlıq təlim zonasının 4000 hektarını qaytarmağa razılıq vermişdi. 


15:46 21.11.2016