Argentinanın San Xuan şəhərində 6.3 bal gücündə zəlzələ baş verib.
RİA Novosti-nin verdiyi məlumata görə, zəlzələnin ocağı 62 kilometr dərinlikdə, episentri San Xuan şəhərindən 14 kilometr cənubda yerləşib.
Tələfat və dağıntı barədə məlumat hələlik daxil olmayıb.