KANAL24.AZ
Az Iw En Ru

İşsizlərə kömək

Dövlət 1500  nəfər işsizə biznes qurmaqda köməklik edəcək. 3 min işsizin arasından seçilən bu şəxslər artıq Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi  özünüməşğulluq  proqramına cəlb  edilib.

Layihədə iştirak etmək üçün bəzi tələblər də var. İlk növbədə bu ilin avqusta ayına qədər işsiz kimi qeydiyyata alınanalar prosesə qoşula bilər.

İşsiz kimi avqust ayından sonra qeydiyyata düşənlərə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri  İsa Həsənov bildirdi ki, proses davamlı olduğundan onlar da layihəyə cəlb ediləcək. Sadəcə vaxtında işsiz kimi qeydiyyata düşmək lazımdır. İşsizlərin müraciətini asanlaşdırmaq üçün gələcəkdə proses elktronlaşdırılacaq.

Qeyd edək ki, se­çi­lən la­yi­hə­lə­rin 84 fa­i­zi hey­van­dar­lıqla bağlıdır. 5 fa­i­zi istixanaların ya­ra­dıl­ma­sı, 11 fa­i­zi isə müx­tə­lif xid­mət sa­hə­lə­ri­nə - ti­kiş, ki­şi və qa­dın sa­lon­la­rı, bə­zək kursla­rı və di­gər ob­yektlə­rin açıl­ma­sı­na aid­dir.

Onu da qeyd edək ki, bi­rin­ci mər­hə­lə­də özü­nü­məş­ğul­luq proq­ra­mı­na cəlb olu­nan ra­yon sa­kin­lə­rin­ə nəzərdə tutulan 4 min manat məbləğində mal-qara, yaxud profilə uyğun olaraq avadanlıqlar veriləcək.


15:12 20.11.2016
Xəbər lenti
Bütün xəbərlər