KANAL24.AZ
Az Iw En Ru

Bakıda “Avropa İrs Günləri” silsilə tədbirlərlə qeyd ediləcək

Oktyabrın 13-də “Four Seasons” mehmanxanasında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Avropa İrs Günləri”nin qeyd edilməsinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının demokratik idarəçilik direktorluğu nümayəndələrinin iştirakı ilə baş tutacaq konfransda, layihənin və yeni yaradılmış “Avropa İrs Günləri portalı”nın təqdimatı olacaq.
Nazirliyin mətbuat xidmətindən Kanal24-ə bildirilib ki, tədbirdə ötən illərdə Azərbaycanda qeyd olunmuş “Avropa İrs Günləri”ndən bəhs edən qısa filmin nümayişi də nəzərdə tutulub.


20:00 10.10.2014
Xəbər lenti
Bütün xəbərlər