KANAL24.AZ
Az Iw En Ru

Rasim Məmmədovdan 12 Noyabr açıqlaması

 

İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov 12 Noyabr Konstitusiya Günü ilə bağlı Kanal24 açıqlama verib.

R.Məmmədov bunları deyib:

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdı. Bu səbəbdən Ümummilli liderimiz Heydər Əiyevin rəhbərliyi ilə xüsusi komissiya yarandı və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. Nəhayət 5 bölmə, 12 fəsil,158 maddədən ibarət olan, dövlət quruculuğunun əsasını təşkil edən Konstitusiya 1995-ci il 12 noyabrda qəbul edildi.

Bu müstəqil Azərbaycanın ilk konstitusiyası idi. Bildiyimiz kimi Konstitusiyaya əlavə və dəyişikliklər referendum yolu ilə baş verir. Konstitusiyaya ilk əlavə və dəyişikliklər 2002-ci ilin avqust ayında,ikinci dəyişiklik 2009-cu ilin martında, sonuncu dəyişiklik isə bu yaxınlarda, sentyabr ayınının 26-da keçirildi.

Bütün bu dəyişikliklər müstəqil Azərbaycanın rifahının yaxşılaşdırılması, dövlətimizin çiçəklənməsi üçündür.Referendumda xalqımızın kütləvi halda iştirakı, dövlətimizə, dövlət başçımıza inamı buna əyani sübutdur.

Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi nqüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təsbit edir.Konstitusiyamız demokratik inkişaf,hüquqi dövlətçilik, insan haqlarına təminat və s.məsələləri özündə birləşdirir. Eyni zamanda bu Azərbaycanın müstəqil dövlətçilik tarixinin ilk Əsas Qanunudur.

Konstitusiyadakı müddəaların təsbitlənməsi ilə iş bitmir,onları reallıqda təmin etmək lazımdır.Bu ali qanuna bütün vətəndaşlar riayət etməlidir. 1995-ci il 12 noyabrdan sonrakı dövrə nəzər salsaq görərik ki, bu sahədə nə qədər yol qət etmişik.

Bütün bunlar Heydər Əliyev yolunu uğurla davam etdirən prezidentimiz İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan haqlarının qorunmasında əlavə imkanlar açan uğurlu, uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini görmək bir daha doğru yolda olduğumuzu təstiq edir. 

Sonda bu gün münasibəti ilə xalqımızı təbrik edirəm. Arzu edirəm ki ali baş komandanımızın ətrafında həmişəki kimi sıx birləşib irəliyə, işıqlı gələcəyə birgə addımlayaq.


02:46 13.11.2016
Xəbər lenti
Bütün xəbərlər