KANAL24.AZ
Az Iw En Ru

TADDEF və "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi birgə tədbir keçirib

Kanal24.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən "TÜRKİYE AZERBAYCAN DOSTLUK DERNEKLERİ FEDERASYONU" və Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi Dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım mərasimini təşkil ediblər.

TADDEF-in fəxri sədri, TBMM-in sabiq Millət vəkili Yücel Artantaş, TADDEF-in sədri, TBMM-in sabiq Millət vəkili Azizi Kayğusuz, TADDEF-in Dış İşleri Başkanı, Uluslararası Azerbaycan Medeniyet Dil Tarih Kültur Merkezinin Genel Başkanı Seyfettin Ayakyay, "Yeni Yurd" ictimai birliyinin sədri Mahirə xanım Əsədova və başqaları çıxış edərək, Azərbaycanın Dövlət müstəqilliyinin qorunub saxlanmasında, iqtisadiyyatın inkişafında H.Əıiyevin əvəzsiz xidmətlərini qeyd ediblər.
Tədbirin sonunda Ümummilli liderin ömür yolundan bəhs edən "Mən, Azərbaycanlıyam" sənədli filmi nümayiş olunub


Müəllif: Şamilə Şamilqızı
03:51 15.12.2014
Xəbər lenti
Bütün xəbərlər