KANAL24.AZ
Az Iw En Ru

Ankarada Heydər Əliyevin abidəsi yad edilib

Kanal24.az xəbər verir ki, Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Qonaqlar TADDEF fəalları ilə birgə Ankarada, Dünya şöhrətli siyasətçi Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra Ümummilli Lider H.Əliyevin anım mərasimi təşkil olunub.


Məlumat üçün deyək ki, Azərbaycan Respublikası "Vətənpərvərlər və Gənclərin İntellektual Mülkiyyətinə Dəstək Koalisiyası və "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin Türkiyə bürosu yaradılıb. TADDEF-in fəxri sədri,Türkiyə Böyük Millət Məclisinin sabiq Millət vəkili, "Şöhrət" ordenli Yücel Artantaş "Yeni Yurd" ictimai birliyinin Türkiyə Cümhuriyyətindəki səlahiyyətli nümayəndəsi təyin edilib. Birliyin Türkiyədəki nümayəndəliyi ofislə təmin olunub.


Müəllif: Şamilə Şamilqızı
07:45 14.12.2014
Xəbər lenti
Bütün xəbərlər