KANAL24 ONLINE TV

Yeni Yurd Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirdib

Kanal24.az xəbər verir ki, 9 noyabr - Dövlət Bayrağı Günü ilə bağlı ölkəmizin hər yerində silsilə tədbirlər həyata keçirilir.

 

Yeni Yurd Sosial İnkişaf İctimai Birliyidə 9 noyabr - Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirib.

Tədbirdə Azərbaycanın üçrəngli bayrağının tarixindən, dövlət müstəqilliyimizin bərpasından danışılıb.

Yeni Yurd təşkilatının sədri Mahirə xanım Əsədova Kanal24-ə müsahibə verərək ölkəmizdə bayrağa böyük hörmət və sevgi olduğunu diqqətə çatdırıb. Təşkilat sədri bildirib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində torpaqlarımız düşməndən azad olunacaq və üç rəngli bayrağımız işğal altında olan torpaqlarımızda dalğalanacaq

 

Xocalı Soyqrımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu Kanal24-ə deyib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bayrağımız  xalqımızın şərəf və qürur mənbəyidir deyə, Şamil Sabiroğlu bildirib.

Tədbirin sonunda Bayraq Gününə həsr edilən xeyriyyə aksiyası təşkil edilib.


19:28 09.11.2016