KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı qonaqların şərəfinə ziyafət verilib

Kanal24.az xəbər verir ki, Azərbaycan Respublikası "Vətənpərvərlər və Gənclərin İntellektual Mülkiyyətinə Dəstək Koalisiyası"nın rəhbəri, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Qonaqlar dünən Ankarada, "TÜRKİYE AZERBAYCAN DOSTLUK DERNEKLERİ FEDERASYONU"nun qonağı olublar. Federasiyanın fəxri sədri, TBMM-in sabiq Millət vəkili, Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeninə layiq görülmüş Yücel Artantaş, TADDEF-in Başkanı, TBMM-nin sabiq Millət vəkili Aziz Kayğusuz, TADDEF-in Xarici Əlaqələr Komitəsinin rəhbəri Seyfettin Ayakyay və bu Təşkilatın Aparat rəhbəri, TBMM-in sözçüsü Mehmet Giyas Azeritürk onları salamlayıb. Söhbət zamanı, 2015-ci ildə keçiriləcək Çanaqqqala savaşının başlanmasının 100 illiyinə hazırlıq, habelə, üzdəniraq "erməni genosidi" nin 100 illiyi ilə əlaqədar qarşıda duran məsələlərə toxunulub.
TADDEF Başkanı tərəfindən Azərbaycandan gələn hörmətli qonaqların şərəfinə ziyafət verilib.
"Yeni Yurd" Ictimai Birliyinin sədri Mahirə xanım Əsədova Ankara və İstanbulda zəruri görüşlərdə olacaq, TADDEF-lə birgə təşkil edilən Ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak edəcəkdir.
Səfər dekabrın 15-dək davam edəcək.


Müəllif: Şahidə Tapdıq
07:51 13.12.2014