KANAL24.AZ
Az Iw En Ru

Gömrükdə əməliyyat: 1000 ədəd psixotrop həb aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi yük avtomobilinin yoxlanması zamanı avtomobilin kabinəsində üzərində “XANAX 0,5 mg ALPRAZOLAM” sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib.

Alprazolam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir. 

Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


01:49 06.11.2016
Xəbər lenti
Bütün xəbərlər