KANAL24.AZ
Az Iw En Ru

Qəhrəman pilot 450 min dollar mükafat aldı – VİDEO

Çinin “China Eastern” aviaşirkətinin pilotu 3 milyon yuan (450 min dollar) məbləğində mükafat alıb.

 Verilən məlumata görə onun peşakarlığı sayəsində qalxma-enmə zolağında iki sərnişin təyyarəsinin toqquşmasının qarşısı alınıb.

Hadisə oktyabrın 11-də Şanxayda baş verib. Təyyarələrdən biri havaya qalxmaq üçün sürət yığırdı, digəri isə bu zaman eyni yolda artıq eniş etmişdi. Birinci təyyarənin pilotu toqquşmaya bir neşə saniyə qalmış layneri havaya qaldıra bilib. 

İlkin araşdırmaların nəticələrinə əsasən, insident dispetçerin səhvinə görə baş vermişdi.


22:29 05.11.2016