KANAL24.AZ
Az Iw En Ru

Səfər ayının əlamətdar tarixlər təqvimi

Səfər ayı Hicri Qəməri (ay) təqvimi ilə ilin ilk ayı olan Məhərrəmdən sonra gələn ikinci aydır. Bu ayın mənası boş deməkdir. Bu ayı ona görə səfər adlandırıblar ki, bu ay Məhərrəm ayından sonra gəlir.

Kanal24 deyerler.org-a istinadən bildirir ki, cahiliyyət dövründə insanlar Məhərrəm ayında haram ay olduğu üçün müharibə etməzdilər. Səfər ayı gələndə isə müharibəyə yollanardılar və evləri boş qalardı. Ona görə də bu aya"boş ay" deyərdilər. Bu ayda çox sayda hadisələr baş vermişdir ki, onların bir neçəsinə işarə edək.

Səfər ayının 1-i: İmam Hüseynin (ə) əhli-beytinin (ə) əsir kimi Şama daxil olması.
Səfər ayının 1-i: Zeyd ibni Əli ibni Hüseynin (ə) şəhadəti
Səfər ayının 1-i: Siffeyn döyüşünün başlanması.
Səfər ayının 2-si: Yezid lənətliyin mənfur məclisi qurulmuşdur (haraya ki, İmam Hüseynin (ə) mübarək başını gətirirlər).
Səfər ayının 3-ü: İmam Muhəmməd Baqirin (ə) dünyaya gəldiyi gün.
Səfər ayının 4-ü: Böyük alim Ayətullah Muhəmmədəli Şahabadinin vəfatı.
Səfər ayının 5-i: Həzrət Rüqəyyənin (s.ə) şəhadəti.
Səfər ayının 7-si: İmam Musa Kazımın (ə) doğum günü.
Səfər ayının 7-si: İmam Həsən Müctəbanın (ə) şəhadət günü.
Səfər ayının 7-si: Ayətullah Mərəşi Nəcəfinin vəfatı.
Səfər ayının 8-i: Peyğəmbərimizin (s) məşhur səhabəsi Səlman Farsının vəfatı.
Səfər ayının 9-u: Əmmar Yasirin Siffeyndə şəhid olması.
Səfər ayının 9-u: Nəhrivanda müharibənin başlanması.
Səfər ayının 12-si: Həzrət Musanın (ə) qardaşı Harunun vəfatı.
Səfər ayının 13-ü: Əmr As lənətliyin Siffeyndə hiyləsi.
Səfər ayının 14-ü: Əbu Bəkrin oğlu Muhəmmədin Misirdə Əmr As (lən) tərəfindən vəhşicəsinə şəhid edilməsi.
Səfər ayının 16-sı: Ayətullah Seyid Əbulhəsən İsfahaninin oğlu Ayətullah Seyid Həsən İsfahaninin şəhadəti.
Səfər ayının 17-si: Üveys Qərəninin Siffeyn döyüşündə şəhadəti.
Səfər ayının 20-si: İmam Hüseynin (ə) "ərbəin" günü.
Səfər ayının 24-ü: Həzrət Rəsullahın (s) xəstəliyinin şiddətlənməsi.
Səfər ayının 25-i: Peyğəmbərin (s) vəsiyyət yazmaq üçün mürəkkəb istəməsi və bəzi səhabələrin buna etiraz etməsi.
Səfər ayının 26-sı: Peyğəmbərin (s) Üsamənin ordusuna rumlular ilə döyüşə getmək üçün göstəriş verməsi.
Səfər ayının 28-i: Peyğəmbəri-Əkrəmin (s) ürəklər yandıran vəfat günü.
Səfər ayının axırı: İmam Rzanın (ə) şəhadəti.


05:33 04.11.2016