KANAL24.AZ
Az Iw En Ru

Çingiz Abdullayev DAMM İB-nin prezidenti seçildi

Kanal24 xəbər verir ki, bu gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin idarə heyyətinin iclası keçirilib.

İclasda təşkilat üzvləri, elm xadimləri, mədəniyyət işçiləri iştirak edirdi.

İclasda çıxış edən DAMM-nin vitse-prezidenti Rasim Məmmədov təşkilatın fəaliyyətindən, görülən işlərdən danışıb.

R. Məmmədov bildirib ki, idarə heyyətinin iclasını keçirməkdə əsas məqsəd DAMM-nə yeni sədrin seçilməsidir.

Daha sonra səsvermə keçirildi.

İdarə heyyətinin qərarı ilə AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, Hacı Quliyev isə vitse-prezidenti seçildilər.

AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycanın mədəniyyət tarixindən söz açıb. Dünya şöhrətli yazıçı bildirib ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi öz fəaliyyətini gücləndirərək xarici ölkələrlə mövcud mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Kanal24 olaraq Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəaliyyətində uğurlar arzu edirik!


22:33 01.11.2016