KANAL24.AZ
Az Iw En Ru

"Qarabağın azadlığı mənim, oğlanlarımın və qardaşlarımın ölümündən keçir"- Hacı Xaliq Bəşər

Hüquq elmlər doktoru Hacı Xaliq Bəşər Kanal24.az İnternet TV yayımlanan "Bizimlə həmsöhbət" verlişinin ilk qonağı olub.

Jurnalistin sualların cavablandıran Hacı Xaliq Bəşər ölkəmizdə və dünyada baş verən siyasi-iqtisadi məsələlərdən, ictimai-sosial problemlərdən söz açıb.

Müsahibəni olduğu kimi təqdim edirik:

 

 

Xaliq müəllim, Beynəlxalq terrorizm və transmilli cinayətkarlıqla məşğul olan bir hüquqşünas alim kimi İŞİD-i terror təşkilatı kimi qəbul edirsinizmi?

 

Müasir dünyamızda istər Avropa, istərsə də qərb İŞİD-i beynəlxalq terror təşkilatı kimi qəbul edirlər. Amma mən bir hüquqşünas alim kimi İŞİD-in beynəlxalq terror təşkilatı kimi qəbul olunmasının tərəfdarı deyiləm. Və İŞİD-in beynəlxalq terror təşkilatı olması haqqında əlimdə kifayət qədər hüquqi dəlil yoxdur. Ona görə də bir mənalı olaraq Qərbin və Avropanın təsir dairəsinə düşüb deyə bilmərəm ki, İŞİD beynəlxalq terror təşkilatıdır.

Qərb və Avropa dövlətləri iddia edir ki, Türkiyə, konkret olaraq R.T.Ərdoğan özü İŞİD-i yaradıb və maliyyələşdirir. Bu barədə nə deyə bilərsiniz?

Bunu Qərbin və Avropanın istər Türkiyə dövlətinə, istərsədə onun cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana atdığı böhtan hesab edirəm. R.T.Ərdoğan kifayət qədər hazırlıqlı, proqmatik və xarizmatik siyasətçidir. Mən onu belə qəbul edirəm. Düşünürəm ki, R.T.Ərdoğan kimi kifayət qədər bacarıqlı, humanizm və ədaləti sevən bir insan hər hansı bir terror təşkilatına və yaxud terrora dəstək verməz. Və yaxud da hər hansısa bir təşkilat yaradıb orada kifayət qədər uşaqların, gənclərin ölümünə, bir sözlə kütləvi insan tələfatına səbəb olacaq bir quruma dəstək verməz. Düşünürəm ki, bütün bunlar R.T.Ərdoğana və Türkiyə dövlətinə qarşı haqsız və ədalətsiz deyilmiş sözlərdir, iftiradır.

Sizcə İŞİD və PKK arasında qarşıdurma və ziddiyət varmı?

Ziddiyət olduğunu düşünmürəm. Düşünürəm ki, istər PKK, istərsə də İŞİD hər ikisi bir mərkəzdən idarə olunur. Onlar arasında elə bir ciddi ziddiyyət görmürəm.

Rusiya və Türkiyə münasibətlərinin yaxınlaşmasında Azərbaycan dövlətinin və iqtisadi maraqlarının lehinə və əleyhinə nə gözləyirsiniz?

Türkiyə və Rusiya münüsibətlərinin yaxınlaşmasında təbii ki, hər iki dövlətin özünün suverin hüquqlarıdır. Müstəqil siyasət yürüdürlər. Buna normal baxıram. Bütün dövlətlər öz münasibətlərini düzgün istiqamətlərdə prioritet əsaslarla qurmalıdırlar. O cümlədən Rusiya və Türkiyə münasibətlərinin yaxınlaşması bizdən asılı olmayan səbəblərdir. Və hər iki dövlətin rəhbər şəxsləri görünür bunu istəyir. Zərurət olduğundan münasibətlərin davamlı şəkildə yaxşılaşdırılması istiqamətində böyük işlər görəcəklər. Konkret hər iki dövlətin Rusiya və Türkiyənin yaxınlaşması, Azərbaycan dövlətinə və iqtisadiyyatına hər hansı xeyrinə və yaxud lehinə olan münasibətlərə gəldikdə isə düçünmürəm ki, Rusiya və türkiyə münasibətlərinin yaxınlaşmasından Azərbaycan dövlətinin əleyhinə hər  hansısa bir neqativ hallar baş versin. İqtisadi maraqlara gəldikdə isə təbii ki, Rusiya-Türkiyə qaz çəkilişi ilə bağlı Vladimir Putin özü bəyanat verdi ki, artıq Bolqarıstan onlara Rusiya qazının Avropaya çıxmasına icazə vermir. Və burada böyük maneələr var. Bolqarıstan özü suveren dövlətdir. Onların daxili işlərinə qarışa bilməz. Rusiyada Bolqarıstanın daxili işinə qarışmır. Və bu baxımdan onlar Qara dənizin dibindən çəkiləcək qazın məhz Yunanıstandan Avropa bazarına çıxışı məsələsinə baxılacaq. Düzdür bu gün bir çox siyasətçilər hesab edirlər ki, bu bir gedişdir. Rusiyyanın iqtisadi vəziyyəti heç də kəmərin çəkilməsinə imkan vermiyəcək. Bu layihəyə 16 mlyard dəyərində vəsait tələb olunur. Bu gün isə Rusiyanın bu layihəni maliyyələşdirməsi və həyata keçirməsi üçün vəsaiti yoxdur.  Çünki Rusiya dövlətinə qarşı həm qərbdən, həm də Avropadan çox böyük iqtisadi, siyasi sanksiyalar tətbiq olunur. Və bu da Rusiyanın iqtisadiyyatına kifayət qədər zərbə vurur. Mətbuatdan da izləyirsiniz ki, rusiya iqtisadiyyatının kütləvi sürətdə çöküşü prosesi başlayıb. Belə bir situasiyada Rusiyanın dövlət olaraq 16 mlyardlıq bir layihənin maliyyələşdirməsi və həyata keçirməsi hal-hazır ki, iqtisadi vəziyyət üçün əlçatmaz görünür.  Amma düşünmürəm ki, böyük dövlətin başında duran bir insan bunu avropa dövlətlərinə sərt mesaj kimi çatdırsın. Düşünürəm ki, bu layihə çox yaxın zamanlarda həyata keçə bilər. Bunun üçün Rusiyanın hələ potensialları var.

Bu gün Qərb və Avropa dövlətləri birmənalı iddia edir ki, Azərbaycanda insan azadlıqları və hüquqları hər gün mütəmadi şəkildə pozulur, kütləvi  həbslər olur. Siz bununla razılaşırsınızmı?

Bunlar bir mərkəzdən idarə olunan siyasi oyunlardı. Kütləvi həbslər deyəndə bu gün Azərbaycanda 300-500 adamı birdən həbs etmirlər.  Konkret həbslər varsa da onların əməllərinə ittiham verilərkən konkret cinayət əməlinə görə hüquqi qiymət verilir və barələrində həbs qəti-imkan tədbiri seçilir. Qərbin dedikləri və yaxud Avropanın Azərbaycan haqqında söylədikləri Quran ayəsi deyil. Və təbii ki, bir hüquqşünas kimi bunu qəbul etmirəm. Azərbaycanda kifayət qədər demokratiya, kifayət qədər fikir pürualizim, fikir alternativliyi var. Və mən bunu öz çıxışlarımda da dəfələrlə demişəm. Bu gün Azərbaycanda qərbin və Avropanın dediyi kimi heç də söz azadlığının pozulması tendensiyası yoxdur. Son dövrlər ABŞ-da gedən hadisələrə diqqət yetirsəniz görərsiniz ki, Amerikanın 227 illik tarixində hələ özləri tam demokratiyaya gəlib çatmayıblar. Amerikanın özündə bu gün demokratiya tam şəkildə bərqərar deyil. Və özünü demokratiyanın beşiyi kimi qələmə verən bir ölkədə demokratiya olmursa, onu başqa ölkələrdən tələb etmək nə dərəcədə düzgün və ədalətlidir. Xahiş edirəm bu fikrimə xüsusi ilə diqqət yetirəsiniz. Konstitusiyamızın 12 fəsil 158 maddəsinin 48-i insan hüquq və azadlıqları ilə bağlıdır. Mənə elə gəlir ki, heç bir ölkə konstitusiyanın 48 maddəsi insan hüquq və azadlıqları ilə bağlı deyil. Bu bir daha onu göstərir ki, Azərbaycanda insan azadlıqlarının və hüquqlarının təminatı məhz Azərbaycan Respublikasının konstitusiyasıdır. Hansı ki, referendum yolu ilə ümumxalq səsverməsində qəbul olunub.

Azərbaycanı bir hüquqşünas alim kimi tam demokratik dövlət hesab edirsinizmi?

Bilirsiniz demokratiya nisbi anlayışdır. Və mən demokratiya məsələsinə rəhmətlik, ümummilli liderimiz Heydər Əliyevin sözü ilə cavab vermək istəyirəm: “Konkret şəkildə demokratiya bir alma deyil, bunu mağazadan gedib alıb gətirəsən!” Demokratiya uzun bir prosesdir. Bu böyük bir yol keçməlidir. Təbii ki, Azərbaycan demokratiyaya qədəm qoyan bir ölkədir. Bu gün demokratiya ölkəmizdə yüksək səviyyədə bərqərar olub, bütün dünya gəlib Azərbaycandan demokratiya öyrənməlidir desək, bu özü də popurizm xarakter daşıyar. Amma bu o demək deyil ki, ölkəmizdə demokratiya yoxdur. Azərbaycanda demokratiya var, bu inkişaf edir. Və inkişaf etməkdə də davam edəcək. Çünki bizim bundan başqa alternativ yolumuz yoxdur.

Bu günki təhsilimiz və elmimizdən razısınızmı? Sovetlər İttifaqındakı təhsillə müqayisə etdikdə bu günki təhsilmizin səviyyəsi necədir?

Təhsilimizdə çoxlu qüsurlar var. Bu gün bir çox məmurların daim tənqid etdikləri sahələrdən biri təhsildir. Əlbəttə biz bu gün desək ki, ən yüksək səviyyədə təhsilimiz var bu düz olmaz. O, zaman gərək təhsilin inkişafına görə dünyanın 5-ci onluğuna daxil olaq. Çox təəssüf ki, təhsilimizdə neqativ hallarda var. Təhsilimizdə kifayət qədər koorupsiya halları, rüşvətdə var. Orta məktəblərdə təhsilin səviyyəsi olduqca aşağıdır. Bunun nəticəsində şagirdlərin çoxu repititer yanına gedir. Orta məktəb proqramlarının yükü olduqca ağırdır. Və bəzən uşaqlar bunu mənimsiyədə bilmirlər. Burada çox ciddi qüsurlar var. Bunu bir müsahibədə başa çatdırmaq olmaz! Amma düşünürəm ki, bu belə qalmıyacaq. Hal-hazırda təhsil rəhbərliyi cənab prezident tərəfindən dəyişdirilib. Çox gənc və enerjili bir insan gətirilib təhsilə. Düşünürəm ki, çox böyük proqmatik siyasət yürütməklə və digər tərəfdən təhsildə genişmiqyaslı islahatlar aparmaqla bu qüsurları aradan qaldırıb Azərbaycanı təhsilinə, elminə görə inkişaf edən dövlətlər sırasına daxil etmək olar.

Sovetlər İttifaqı ilə müqayisədə təhsilimiz çox aşağı səviyyədədir. Azərbaycanı idarə edənlərin hamısı sovet təhsilinin şinindən çıxan insanlardır. Sovet təhsilinin kifayət qədər güclü bazası var idi. Sovetlər ittifaqı tərkibində olan dövlətlərdən çıxan alimlər bü gün dünyanın bir çox dövlətlərində, o cümlədən Amerikada, Avropada, Türkiyədə elmlə bağlı ciddi islahatlarda iştirak edirlər. Böyük naliyyətlərə imza atırlar. Bütün bunların kökündə sovet təhsili dayanır. Əlbəttə sovet təhsilinin bazası çox güclü idi.

Azərbaycan sülh yolu ilə işğal olunmuş 20 faiz torpağlarımızı geri ala biləcəkmi?

Bir insan kimi dua edirəm ki, Azərbaycanda hər hansısa bir vətəndaşın qanı tökülməsin. Hər hansısa bir vətəndaş günahsız ölməsin! Düşünürəm ki, Azərbaycan sülh yolu ilə torpaqlarımızı ala bilməyəcək. Bu mənim subyektiv fikrimdir. Düşüncə tərzimə görə Azərbaycan müharibə yolu ilə torpaqlarını. Bu günkü böyük uğurlarımız deməyə əsas verir ki, ordumuzun buna tam gücü çatır, maddi, texniki, təchizat bazası imkan verir. Ordumuzda çox böyük islahatlar gedir və büdcənin çox böyük bir hissəsi ordu quruculuğuna həsr olunub. İnanıram ki, öz ordumuzun gücü ilə biz torpaqlarımızı azad edəcəyik. Mən dəfələrlə demişəm bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü mənim ölümümdən, oğlanlarımın, qardaşlarımın ölümündən keçir. Yəni biz döyüşərək torpaqlarımızı azad etməliyik. Başqa alternativ yol görmürəm!

 

Verlişimizin ilk qonağı oldunuz! Səmimi münasibətə görə çox sağ olun..

 

Mən də Kanal24.az-ın rəhbərliyinə, onun kollektivinə, yaradıcı heyyətinə, o cümlədən sizə öz təşəkkürümü bildirirəm! Sağ olun!


10:22 12.12.2014