KANAL24.AZ
Az Iw En Ru

Bişkekdə “MDB sığorta fəaliyyətinin aktual problemləri” adlı forum keçiriləcək

Noyabrın 11-də Bişkekdə “Müstəqil Dövlətlər Birliyi (MDB) sığorta fəaliyyətinin aktual problemləri” adlı forum keçiriləcək.

Bu mövzuda MDB məkanında ilk dəfə keçiriləcək bu forumda quruma üzv olan ölkələr arasında sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsinin aparılması və digər məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Ümumiyyətlə forumda 16 məsələnin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan, Belorus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər MDB ölkələrinin nümayəndələri iştirak edəcək.


08:00 24.10.2016