KANAL24.AZ
Az Iw En Ru

Luvr muzeyində keçirilən sərgidə “TURAN Art” qalereyası da iştirak edir

“TURAN Art” qalereyası Luvr muzeyinin Karusel salonunda 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində iştirak edir. Qalereya 2010-cu ildən fəaliyyət göstərir.


“TURAN Art”ın əsasını qoyan Turan Muxtarzadənin əsərləri Rusiya, Braziliya, Sinqapur, İsveçrə, Türkiyə, Yunanıstan kimi ölkələrdə şəxsi kolleksiya və qalereyalarda saxlanılır. O, bir çox fərdi və beynəlxalq sərgilərin təşkilatçısı və kuratorudur.
Qalereyanı Luvr muzeyinin Karusel salonunda təşkil edilmiş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində 9 nəfərlik heyət - Şəmirə Ağayeva, Turan Muxtarzadə, Pakizə Kılınc, Jalə Həsənova, Ellada İsmayıl, Fidan Zeynalova, Vicky Vaqner, Aida Ağayeva və Ayişə Qurbanova təmsil edir.
Ümumilikdə 26 əsərdən ibarət pavilyonda portret, şəhər mənzərələri, kompozisiya, güllər və natürmortlar nümayiş olunur.
“TURAN Art” qalereyasının pavilyonu tamaşaçılarda böyük maraq doğurub.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

 


00:28 24.10.2016