KANAL24.AZ
Az Iw En Ru

QHT-lər üçün keçirilən təlimlərə Bakıda yekun vurulub

"Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlimlərə Bakı şəhərində yekun vurulub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilib.
Layihənin rəhbəri Cəsarət Hüseynzadə AZƏRTAC-a bildirib ki, təlimlərdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim zamanı bir-neçə təşkilat üçün subdomenli saytlar və QHT liderləri üçün bloqlar yaradılıb. Bazaya məlumatlar daxil edilib.
C.Hüseynzadə təlimlərin keçirilməsinə yüksək səviyyədə dəstək göstərildiyinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Quba, Şirvan, Mingəçevir, Gəncə şəhər icra hakimiyyətlərinə, Mili QHT Forumuna, YAP Gəncə Təşkilatına, Mingəçevir, Quba və Şirvan Regional QHT Resurs və Təlim mərkəzlərinə təşəkkürünü bildirib.
Təlimi uğurla başa vuran QHT rəhbərləri və nümayəndələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Bakıda başlayıb, Quba, Şirvan, Mingəçevir və Gəncədə davam edən və paytaxtda yekunlaşan 8 təlimdə ümumilikdə 124 QHT rəhbəri, nümayəndəsi və könüllü iştirak edib.

 


01:45 24.10.2016
Xəbər lenti
Bütün xəbərlər