KANAL24.AZ
Az Iw En Ru

Bakıda Beynəlxalq Caz Festivalı çərçivəsində iki tematik sərgi açılıb

Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da məşhur rəssam Vüqar Əlinin sərgisi və Arkadi Mitnikin fotosərgisi açılıb. Maraqlıdır ki, Arkadi Mitnik mühəndislik təhsili alıb, amma fotoqrafiya onun həyatının ayrılmaz hissəsini təşkil edir. Onun işləri əsasən musiqi və idman mövzusuna həsr edilib. O, həmçinin jurnalistika ilə məşğul olur, musiqi jurnalları üçün məqalələr yazır.

Caza həsr edilmiş al-əlvan ekspozisiyalar böyük maraqla qarşılanıb. Sərgilər festivalın sonuna qədər davam edəcək.

Sərgilərin açılışından sonra tədbir dünya şöhrətli caz ifaçıları Linli Marta, Debora Karter və başqalarının konsert proqramı ilə davam edib.


20:49 23.10.2016
Xəbər lenti
Bütün xəbərlər