KANAL24.AZ
Az Iw En Ru

SOS:Əhalinin yarısı viruslarla üz-üzədir

Latın Amerikası və Karib dənizi adalarında 500 milyondan çox insan ağcaqanadlarla yayılan xəstəlik riski altındadır.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Kubada keçirilən sammitdə bildirilib. Tədbirdə qeyd edilib ki, Dengue, Çikungunya və Zika virusları regionda əhalinin yarısını təhlükə altında qoyur.

Bu, Zika-dan əziyyət çəkən xalqların ilk iclasıdır. Dünya Səhiyyə Təşkilatı bu virusu fevralda qlobal bəla adlandırıb. Hazırda 47 ölkə və ərazi bu virusdan əziyyət çəkir.

Zika virusu 1947-ci ildə Uqandada tapılıb, lakin 2015-ci ildə Braziliyada yeni doğulmuşlarda neyroloji dəyişikliklər ictimailəşəndən sonra gündəmə gəlib.

  • Braziliyada uşaqlar anormallıqlarla doğulur
  • Rusiyada Zika virusuna ilk yoluxma halı qeydə alınıb
  • Avropada ilk Zika virusu hamiləliyi qeydə alınıb

Bu xəstəliyin əsas əlaməti odur ki, doğulan uşaqların başı kiçik olur. Bu mikrosefaliya adlanır.

Zika "Aedes aegypti" adlı ağcaqanadların dişləməsi ilə yayılır.

Xəstəliyin əsas yayılma dövrü yaydır, çünki həm hava isti olur, həm də insanlar Amerika ölkələrinə səyahətlər edirlər.

Braziliyada mikroselafiya ilə doğulan uşaqların sayı artır

Dengue ado qrip kimi başlayır və sonra öldürücü virusa çevrilir.

Çikungunya epidemik virusu isə qızdırmaya və oynaqlarda güclü ağrıya səbəb olur, müalicəsi yoxdur.


16:16 22.10.2016