KANAL24.AZ
Az Iw En Ru

Bölgələrdə sürüşmə sakinlər üçün ciddi təhlükə yaradıb – VİDEO

Şamaxının Birinci Cabanı kəndində 20 il öncə baş verən sürüşmə sahəsi yenidən aktivləşib.

Kanal24 ARB TV-yə istinadən xəbər verir ki, kəndin yuxarı hissəsindən başlayan torpaq uçqunu 1 kilometrlik ərazini əhatə edib. Sürüşmənin mərkəzində isə 4 yaşayış evi yerləşir. Həmin evlərdə artıq çatlar əmələ gəlib. Ev sahibləri gecəni öz evlərində qala bilmirlər.

Ərazidən keçən 18 metrlik təbii qaz borusu sürüşməyə tab gətirməyərək qırılıb, iki elektrik dirəyi aşıb. Bu səbəbdən kəndin işıq və qazla təminatı müvəqqəti dayansa da, aidiyyatı qurumların məsələyə müdaxilə etməsi nəticəsində yenidən bərpa olunub.

Qobustan rayonunun Poladlı kəndində də sürüşmə aktiv fazadadır. Kəndin yeganə girişi olan yol hələ də bağlıdır. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb.

İsmayıllı rayonunun İstisu kəndi ərazisində də həmçinin sürüşmə davam edir. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metrdir.

 


03:35 21.10.2016
Xəbər lenti
Bütün xəbərlər