KANAL24.AZ
Az Iw En Ru

Oranqutan meymununun başgicəlləndirici fotosu

Amerikalı fotoqrafın İndoneziyanın Borneo adasında çəkdiyi oranqutan meymununun fotosu ona minlərlə foto ustasının iştirak etdiyi nüfuzlu beynəlxalq müsabiqədə uğur gətirib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Tim Leman bu başgicəlləndirici fotosuna görə “Wildlife Photographer of the Year – 2016” (“Vəhşi təbiətin ən yaxşı fotoqrafı”) beynəlxalq müsabiqəsinin qalibi olub. Üç gün cəngəllikdə qalan Tim hündürlüyü 30 metr olan ağacın başında məsafədən idarə edilən bir neçə fotoaparat quraşdırıb. Beləliklə, yetişmiş meyvələrin arxasınca ağaca dırmaşan meymunun fotosunu tropik meşənin fonunda çəkməyə nail olub.

Vəhşi təbiətin ən yaxşı fotoqrafı mükafatı hər il London Təbiətşünaslıq Muzeyi tərəfindən təqdim olunur. Bu il həmin mükafata 50 min foto ustası iddia edirdi.


07:25 21.10.2016
Xəbər lenti
Bütün xəbərlər