KANAL24.AZ
Az Iw En Ru

Şagirdin döyülməsi faktına görə direktor və müəllim işdən çıxarıldı – RƏSMİ

Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Kanal24-ə verilən xəbərə görə, idarə tərəfindən müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb.

Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.

Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunub.


21:08 20.10.2016
Xəbər lenti
Bütün xəbərlər