KANAL24.AZ
Az Iw En Ru

Heydər Əliyevin anım mərasimi keçirilib

Kanal24.az xəbər verir ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat institutu və "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Milli Elmlər Akademiyasında Heydər Əliyevin anım mərasimi keçirilib.

Anım mərasimində ulu öndər H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ədəbiyyat institutun direktoru, Milli Məclisin Deputatı, akademik İsa Həbibbəyli çıxış edib. Akademik İ.Həbibəyli Müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinin qorunub saxlanmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Anım mərasimində "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin istehsalı olan və ulu öndərə həsr edilən "Mən Azərbaycanlıyam" adlı sənədli film göstərilib.

Filmin layihə rəhbəri, "Yeni Yurd" təşkilatının sədri Mahirə xanım Əsədova çıxış edərək bildirib ki, fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edən, ölkəmizin bütövlüyü uğrunda fədakarlıqla çalışan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, insanların rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görən Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan tarixinə müasir müstəqil dövlətimizin memarı və qurucusu kimi düşüb.. Təşkilat sədri onu da qeyd edib ki, Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Fedrerasiyası ilə birgə dekabrın 12-də ulu öndərin anım mərasimini Ankarada qeyd edəcəklər.

Tədbirdə çıxış edən İnstitun məsul əməkdaşı, filologuya üzrə fəlsəfə doktoru, prof., Asif Rüstəmli, İlkin Cabbarlı, Xədicə İsgəndərli, Milli Məclisin eksperti, "Tərəqqi" medalının mükafatçısı İndira xanım Şəmsivarı və başqaları Ulu öndərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası, bu strategiyanın hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrilməsi barədə iştirakçıları məlumatlandırıblar.


00:56 10.12.2014