KANAL24.AZ
Az Iw En Ru

Canavarlar qoyun sürüsünə hücüm edib (VİDEO/FOTO)

Cəlilabad rayonunun Xəlilli kəndində canavarlar qoyun sürüsünə hücüm edib.

Kanal24 ARB Cənub-a istinadən xəbər verir ki, kənd sakinlərinə məxsus qoyun-quzular örüş sahəsində olarkən canavarların hücumuna məruz qalıb.

Hadisəni görən çoban dərhal yaxınlıqdakı sakinləri köməyə çağırıb. Onların müdaxiləsindən sonra yırtıcılar qaçaraq, uzaqlaşıb. Bununla belə, bir neçə qoyun tələf olub. Yerli sakinlərin sözlərinə görə, hər il sözügedən ərazidə canavarlar xırdabuynuzlu heyvanlara hücum edərək təsərrüfatlara xeyli sayda ziyan vururlar. Zərərçəkənin sözlərinə görə canavar hücum edən zaman uşaqlar sürüdən kənarda olublar.

Zərərçəkən: "Bura kəndin otlaq ərazisidi və kəndin qoyun sürüsü otlayır. Uşaqlar qoyundan kənarda olublar. Canavarında sayı bilinmir neçə canavar olub girib qoyun sürüsünə. Hər kolun dibindən yaralı qoyun çıxarırlar. Uşaqlar kəsirlər ancaq kəsməkdə nə fayda yemək düz deyil onu. Hələ bilinmir neçəsin boğub.

Hadisə ilə bağlı Cəlilabad Rayon Baytarlıq İdarəsinə məlumat verilib. Qurumun baytar-həkimləri əraziyə gələrək, tələf olmuş heyvanları xüsusi qaydada zərərsizləşdiriblər.


20:17 27.09.2016
Xəbər lenti
Bütün xəbərlər