KANAL24.AZ
Az Iw En Ru

“Günəşli” yatağında baş verən yanğının söndürülməsi işləri davam etdirilir

Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib.


Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın baş verib.


DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri dərhal “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.


Hazırda SOCAR və digər aidiyyəti qurumlarla birgə yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


04:55 27.09.2016