KANAL24.AZ
Az Iw En Ru

Əli Əhmədov: Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum baş tutdu

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum baş tutdu.

Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bu gün partiyanın qərargahında keçirilən mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, referendum uğurla baş tutdu: "Bütün seçki məntəqələrində olan məlumatlara əsasən, seçicilərin yüksək fəallığı müşahidə olunub. Vətəndaşlar referenduma çox məsuliyyətlə yanaşıblar. Bu, Azərbaycanda insanların iradəsinin qəbulunun nəticəsidir".


03:54 27.09.2016