KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan maşın ixrac edəcək

Gəncədə Minsk Avtomobil Zavodu ilə birgə istehsal olunan avtomobilllər Türkmənistana satılacaq

 

Gələn aydan etibarən Gəncdə Avtomobil Zavodunda istehsal olunan kənd təsərrüfatı texnikası - traktor Qazaxıstana göndəriləcək. 
 
Kanal24.az-ın ANS-ə istinadən məlumatına görə, fevralda isə Gəncədə Minsk Avtomobil Zavodu ilə birgə istehsal olunan avtomobilllər Türkmənistana ixrac olunacaq. Zavodun müşahidə şurasının sədri Xanlar Fətiyev dekabr ayından cəmi 12 maşın istehsal edib göndərdiklərini deyir. 
 
Fevral ayında isə gözlənilir ki, 50-55 maşın da Türkmənistana ixrac olunsun .Gəncə Avtomobil Zavodu 2004-cu ildə fəaliyyətini bərpa edib. 
 
Ötən il ərzində müxtəlif ölkələrin şirkətləri ilə bağlanan müqavilələr çərçivəsində Gəncədə minik avtomobilləri ilə yanaşı, müxtəlif modifikasiyalı kənd təsərrüfatı texnikası da istehsal olunub.

 


05:28 06.12.2014