KANAL24.AZ
Az Iw En Ru

Mahirə Əsədova: "Onlar bizim harayımıza çatdı"

"Yeni Yurd" Sosial İnkişaf İctima Birliyinin sədri Mahirə xanım Əsədova Kanal24-ə müsahibə verərək 15 sentyabr hadisələridən yəni Nuru Paşanın və onun silahdaşlarının Bakını azad etməsindən söz açıb.

Təşkilat sədri deyib ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunsa da ölkəmizin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özü çox ağır durumda olsa da qardaş Osmanlı Türkiyəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərdi. Quba, Şamaxı, Urmiya, Səlmas, Təbriz, Bakı və Ərdəbildə on minlərlə günahsız insan erməni-rus vəhşiliyinə məruz qalarkən igid Nuru Paşa Osmanlı torpaqlarından qalxıb Azərbaycana gəldi və Bakını qurtarmağı hədəflədi. Nuru Paşa burada yerli və Cənubi Qafqazdan gələn könüllüləri də əsgərləri sırasına qataraq Azərbaycanı erməni-rus quldur dəstələrindən qurtarmağa başladı.


05:34 18.09.2016