KANAL24.AZ
Az Iw En Ru

“Milli Şura mitinq keçirmir, bu, bir dərnəyin toplantısıdır”

“Kanal24” xəbər verir ki, bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın oktyabrın 12-ə təyin olunan mitinqindən danışarkən deyib. “Xaricdən aldıqları maliyyə dəstəyi və tapşırıq əsasında piket keçirmək istəyirlər. Onların elə tərəfdarı yoxdur ki, mitinq keçirsinlər. Qanunvericiliyə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti onlara müvafiq yer ayırıb, gedib keçirsinlər” – deyə YAP rəsmisi vurğulayıb. 

Xatırladaq ki, Milli Şura sonuncu sessiyasında oktyabrın 12-i Məhsul stadionunda mitinq keçirməyə qərar verib. Bir neçə gün əvvəl isə Bakı şəhər İcra Hakimiyyəti onların mitinq müraciətinə müsbət cavab verib.


20:18 09.10.2014