KANAL24.AZ
Az Iw En Ru

Vişeqrad dördlüyü Merkeli tənqid etdi

Dünən hökumət başçılarının Varşava görüşü ərəfəsində Vişeqrad dördlüyünün Polşa, Çexiya, Macarıstan, Slovakiya toplantısı keçirilib.
 
Axar.az CNN-ə istinadən xəbər verir ki, toplantı zamanı Avropa siyasətçiləri Almaniya kansleri Angela Merkelin miqrasiya siyasəti ilə bağlı öz narazılıqlarını bildiriblər.
 
Toplantı zamanı AFR-in qaçqınlar üzrə mövqeyini tənqid edən Çexiya Baş naziri Bohuslav Sobotka miqrantların qəbulu üçün kvota sisteminə yenidən baxılmalı olduğunu açıqlayıb.

03:42 28.08.2016