KANAL24.AZ
Az Iw En Ru

MSK-da qeydə alınan müşahidəçilərin sayı açıqlandı

Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

 Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, MSK-da referendumu izləmək üçün 16 müşahidəçi qeydə alınıb.

MSK-da qeydə alınan müşahidəçilər arasında MDB Parlament Assambleyasının nümayəndələri də var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.


23:23 27.08.2016
Xəbər lenti
Bütün xəbərlər