KANAL24.AZ
Az Iw En Ru

Biznes Jurnalistika 2017 layihəsinə start verilib

British Council və PAŞA Bank jurnalistlər üçün həyata keçirdiyi ənənəvi Biznes Jurnalistikası layihəsi çərçivəsində ərizə qəbulunu elan edir.

British Council-dan Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi jurnalistlər xüsusi hazırlanmış təlim proqramı vasitəsilə milli mətbuata peşəkar bilik və səriştənin artırılmasında dəstək göstərməkdir.

Layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan Thomson Fondunun təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Layihə çərçivəsində 10 seçilmiş iştirakçının media sahəsində xüsusi olaraq hazırlanmış təlim proqramında iştirakı eləcə də, fəal və tam davamiyyəti olan jurnalistlərin Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrinə səfərlər və qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır. Bizim məqsədimiz qabaqcıl jurnalistlər qrupu yaratmaqla ölkədə düzgün və balanslı məlumatın çatdırılması və Azərbaycanda biznes jurnalistika standartlarının nəzərə çarpacaq dərəcədə inkişaf etdirilməsinə töhfə verməkdir.

Seçiləcək iştirakçılardan tələb olunanlar:

Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli

Bütün təlim kurslarında iştirak edə bilməli

3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla - Noyabr 2016, yanvar və fevral 2017)
Təlim məqsədilə 2017-ci ilin mart ayında Böyük Britaniyaya təcrübə səfəri

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:

Ərizə forması və inşalar
Yerli təlimlər üçün ilkin müsahibələrin keçirilməsi
Böyük Britaniyaya Tədris səfəri üçün seçim (yerli təlimlərdən sonra)

Maraqlanan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az yükləməlidirlər. Doldurulmuş ərizə forması, CV ilə birgə 2016-cı il 30 sentyabr tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.

Layihə haqqında məlumat: PAŞA Bank, British Council və Thomson Fondu ötən 5 il ərzində Azərbaycanda bir etalon sayılan media təlimi layihəsi həyata keçirmişdirb. 2011-ci ildən başlayaraq keçirilən Biznes Jurnalistikası layihəsi çərçivəsində British Council, biznes mövzularını əhatə edən media sahəsində işləyən Azərbaycanın qabaqcıl jusrnalistləri üçün təlimlər təşkil etmişdir. Hər il təlimlərdən sonra iştirakçılar Böyük Britaniyanın London və Kardif şəhərlərində tədris səfərində iştirak etmişdir. Təlimlər Thomson Fondu tərəfindən təyin olunmuş təcrübəli təlimçilər tərəfindən keçirilmişdir.

Təlim fəaliyyətlərinə daxildir: İl ərzində 15 günlük xüsusi media kursunun təşkili və icrası və jurnalistləin Böyük Britaniyaya səfəri zamanı məşhur qəzetlər, jurnallar və digər media qurumlarında iş təcrübəsinin mübadiləsi və Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər.

British Council Birləşmiş Krallığın təhsil imkanları və mədəniyyət əlaqələri sahəsində beynəlxalq təşkilatıdır. Dünyanın 109 ölkəsində fəaliyyət göstərir. British Council Birləşmiş Krallıq və digər ölkələrdə yaşayan insanlar arasında əlaqələr və qarşılıqlı anlayış yaradır, xaricdə Birləşmiş Krallığın ideya və nailiyyətlərinin qiymətləndirilməsini artırırıq

British Council bərabər imkanlar siyasətini dəstəkləyir.


16:46 26.08.2016