KANAL24.AZ
Az Iw En Ru

Ceyms Holder: Tələbə proqramları Azərbaycan-İngiltərə əlaqələrinin inkişafında yeni mərhələ açacaq

Tələbə proqramları Azərbaycan-İngiltərə əlaqələrinin inkişafında yeni mərhələ açacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Ceyms Holder deyib.

Ötən il “Chevening” proqramına 190-a yaxın tələbənin müraciət etdiyini bildirən Ceyms Holder tələbə proqramının Azərbaycanda daha geniş miqyasda təbliğinə çalışdıqlarını qeyd edərək deyib: “Biz Azərbaycanda Tələbə Assosiasiyasını yaratmaqla proqramın daha geniş miqyasda yayılacağına inanırıq. Düşünürük ki, bu proqramı bitirən gənclər işlədikləri sahələr üzrə töhfələrini verəcəklər. Biz İngiltərədə təhsil almaq istəyən hər bir gənci bu proqrama dəvət edirik. İldən-ilə müraciət edənlər arasında məqsədli gənclərin olması bizləri sevindirir. Biz inanırıq ki, Azərbaycanda Assosiasiyanın yaradılması gənclərin ideyalarının, maraqlarının paylaşılması üçün böyük imkan yaradacaq. Əminik ki, bu proqramdan yararlanan gənclər iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə töhfələrini verəcəklər”.


05:46 26.08.2016