KANAL24.AZ
Az Iw En Ru

İnanılmaz: 7 yaşlı uşaq ağaca çevrilir – Foto

Banqladeşli Ripon Sarker nadir rastlanılan “ağac xəstəliyi” adlı dəri xəstəliyi ilə mübarizə aparır.
 
Axar.az xəbər verir ki, 7 yaşlı Sarker hər ötən gün ağac-insana çevrilir. Sarker 7 ildə ilk dəfə həkimə aparılıb. Onun bədənini saran ağac qabığı kimi ziyillər uşağın başına doğru qalxır və yemək yeməsini çətinləşdirir.
 
Həkimlər Sarkerin iki gündür müalicəyə başlamasına baxmayaraq, sağalacağına ümidlidir. Onlar əməliyyatlarla tədricən uşağın əl və ayaqlarındakı qabıqların götürülə biləcəyini vurğulayıblar.
 
Qeyd edək ki, Sarkerin 1 il ərzində 15 əməliyyat keçirməsi lazımdır. 
 

18:03 25.08.2016
Xəbər lenti
Bütün xəbərlər