KANAL24.AZ
Az Iw En Ru

Günayın türk əri oğluna xəsislik edir

Aktyor Tolqa Karel ikinci həyat yoldaşına 600 min lirə (təxminən 300 min manat) qiyməti olan "Jeep" alıb.

 

Axşam.az-ın məlumatına görə, Azərbaycanlı model Günay Musayevadan olan oğluna "pulum yoxdur" deyərək aylıq 500 lirə (təxminən 250 manat) verən Tolqanın bu hərəkəti birmənalı qarşılanmayıb. Bunu eşidən Günay təzminatı artırmaq üçün məhkəməyə müraciət edəcək.

 

Qeyd edək ki, cütlük keçən il boşandıqdan sonra Tolqa amerikalı Sarah Marqarettlə evlənib. Həyat yoldaşıyla Baham adalarını və Dominikanı gəzən aktyor 5 yaşlı oğlu Cahangiri unudub. O, 4 il evli qaldığı Gunaya boşanarkən 40 min lirə (təxminən 20 min manat) təzminat ödəyib.

 
 

21:17 24.08.2016