KANAL24.AZ
Az Iw En Ru

Rövşən kimi insanlar... - Siyavuş Novruzov

Hesab edirəm ki, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var.

 

Kanal24.az xəbər verir ki, bu fikirləri Unikal.org-a Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 18 avqust 2016-cı ildə gecə saatlarında Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranski (Canıyev) ilə bağlı danışarkən deyib.

 

Deputat qeyd edib ki, Rövşən Lənkəranski ilə bağlı məlumatları mətbuatdan izləyir: "Lehinə və əleyhinə yazılar gedir və hesab edirəm ki, bunlara ehtiyac yoxdur. Allah rəhmət eləsin. Məncə, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var. Mən də Rövşən Lənkəranskinin ölümünə görə onun yaxınlarına, doğmalarında başsağlığı verir və Allahdan rəhmət diləyirəm".

 

S.Novruzov deyib ki, bu barədə yalnız eşitdiklərini danışa bilər: "Aldığım məlumata görə, Rövşən Lənkəranskinin xaricdə, xüsusən də Rusiyadakı azərbaycanlılara çox köməkliyi dəyib. İndi Rövşənin ölüm səbəblərinə görə hərənin bir versiya irəli sürməsi düzgün deyil. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb açılacaq. Bundan sonra ictimayyət məlumatlandırılacaq".


23:37 23.08.2016