KANAL24.AZ
Az Iw En Ru

Türkiyəni silkələyən O səs Elnur

“Eurovision 2008” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Elnur Hüseynov “O səs Türkiyə” mahnı yarışmasında iştirak edib.

Kanal24.az-ın məlumatına görə, E.Hüseynov səhnəyə ingilis dilində ifa etdiyi “Lutch” mahnısı ilə çıxıb. E.Hüseynovun ifası münsiflər heyəti tərəfindən böyük heyranlıqla qarşılanıb.

İfaçı layihə rəhbəri Acunun xahişi ilə iki türk mahnısı da oxuyub. E.Hüseynov tamaşaçıların və münsiflərin israrlı xahişi ilə ümumilikdə səhnədə dörd mahnı ifa edib.

Sonda E.Hüseynov münsiflərdən Ebru Gündeşlə yoluna davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, “O səs Türkiyə”nin bu buraxılışının anonsu da Elnur Hüseynovun çıxışı üzərində qurulub.


21:10 02.12.2014
Xəbər lenti
Bütün xəbərlər