KANAL24.AZ
Az Iw En Ru

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Türk yazarlarla görüş keçirib

Kanal24.az xəbər verir ki, noyabrın 26-da "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin ofisində təşkilatın üzvləri ilə Türkiyədən gələn yazarlar arasında görüş keçirilib. 

Tədbirdə qardaş ölkədən Azərbaycana gələn Türkiyə Yazarlar Birliyinin Baş katibi İbrahim Eryigit, və "Birleşen Yürekler" Dərnəyinin Başkanı Yasemin xanımla görüşə həsr olunub. Görüşdə elm xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

Görüşdə qonaqları salamlayan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirli  çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin uğurlu inkişafından danışıb. Həbib Misirli deyib ki, bütün sahələrdə olduğu kimi mədəni sahədə də münasibətlərimizin yeni inkişaf mərhələsinə ucaldılması təqdirəlayiqdir. H.Misirli hesab edir ki, Türk ziyalıların ölkəmizə səfərlər etməsi mədəni məsələlərin tərəqqisinə töhfə verir.

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin üzvü, "Birləşən Üreklər Əngəlllilər Kültur Sənət Ədəbiyyat Egitim Dərnəyi"nin Azərbaycan Respublikasındakı səlahiyyətli nümayəndəsi istedadlı şairə Nəzmiyyə Hicran çıxış edərək bu tip görüşlərin keçirilməsinin qardaş ölkələrin mədəni tarixində mühüm izlər qoyduğunu önə çəkdi. 

Görüşdə iştirak edən Sadiq Qarayev, Adil Cəmil, QHT rəhbəri Mehriban Abdullayeva, şair Rauf İlyasoğlu, Ciğatel və digərləri çıxış edərək qardaş ölkələrin yazarlarının bir-birinə dəyər və qayğı ilə yanaşdıqlarını bildirdilər.

Tədbirdə Yasemin Meydan, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin Türkiyədə fəaliyyətinin qurulması üçün lazımi dəstək göstərməyə hazır olduğunu qeyd etdi.

Görüşün sonunda diplom və qiymətli hədiyyələr tanınmış ziyalılarına təqdim edildi.

Sonda xatirə şəkilləri çəkildi.

 


07:34 29.11.2014
Xəbər lenti
Bütün xəbərlər