KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Ukrayna sənədləri imzalanıb

İyulun 14-də Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının Protokolu”nu Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın xarici işlər naziri Pavlo Klimkin imzaladılar.


01:25 15.07.2016
Xəbər lenti
Bütün xəbərlər