KANAL24.AZ
Az Iw En Ru

Fransada növbəti terror: 60 ölü, 100 yaralı (FOTO) (YENİLƏNİB)

Fransanın Nitsa Şəhərində törədilmiş terror aktı nəticəsində 60 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

RİA Novostinin verdiyi məlumata görə, Nitsa şəhərində yük avtomobilini insanların üzərinə sürən sürücü polis tərəfindən güllələnib.

Terror aktı nəticəsində təxminən 50 nəfər qətlə yetirilib.

Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub.

 


09:18 15.07.2016