KANAL24.AZ
Az Iw En Ru

"Mercedes" dərəyə aşdı, sürücü öldü (VİDEO)

Günorta saatlarında Şamaxının Çöl Göylər kəndi ərazisində qəza baş verib.

Kanal24 Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şamaxı şəhər sakini Həşimov Maarif Arif oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Avtomobildə tək olan sürücü Maarif Həşimov hadisə yerində ölüb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


01:08 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər