KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda məscidə od vurulub

Noyabrın 26-da səhər saat 01:55 radələrində naməlum şəxslər Qaraçuxur məscidini yandırıb.

Kanal24.az Hafta.az saytına istinadən xəbər verir ki, bunu məscidin axundu Mirfəttah Fətaliyev deyib.

 

Məscid axundunun sözlərinə görə, Allah evinə 6-7 min manat həcmində ziyan dəyib: “Məscidin xalça və gəbələri tamamilə yanıb. Pənəcərə şüşələri sındırılıb”.

 

Mirmahmud Fəttayevin sözlərinə görə, ibadətgahı kimlərin yandırdığı bəlli deyil: “Məscidi yandıranlar bəlli deyil. Hətta gözətçiyə güc də tətbiq edilib və o, yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar 2 nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Gözətçi dərhal ayağa qalxıb. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb.


20:00 26.11.2014