KANAL24 ONLINE TV
Az Iw En Ru

"Yeni Yurd" təşkilatının sədri doğum gününü qeyd edir

Kanal24.az xəbər verir ki, iyunun 2-də "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədova doğum gününü qeyd edib.

Xatırladaq ki, Şabran rayonunun Dağbilici kəndindən olan Mahirə xanım ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən "Yeni Yurd" təşkilatına rəhbərlik edir. Xeyriyyə işləri ilə hər kəsin sevimlisinə çevirən Mahirə Əsədovanın tək amalı vətənə və xalqına xidmət etməkdir.

Və bunun məntiqi nəticəsidir ki, "Yeni Yurd" təşkilatı daima vətənpərvərlik mövzusunda xeyriyyə tədbirləri keçirir. Sosial yönümlü işlərin gerçəkləşməsində yorulmaz işlər aparır.

Təsadüfü deyil ki, ötən ilin (2015) yayında Ağdam rayonunun Əhmədağalı kəndində şəhid Şəmsəddin İsgəndərov adına bulaq və artezian quyusu qazılıb. Bu ilin (2016) mayında isə həmin rayonun Quzanlı qəsəbəsində Mahirə xanımın maliyyə dəstəyilə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev adına Subartezian quyu və bulaq tikilib. Və bununlada yüzlərlə kənd sakininin su problemi həll olunub. 

Bundan əlavə "Yeni Yurd" təşkilatı hər zaman ön cəbhədə olaraq əsgərlərlə görüşlər keçirir. Onlarda vətənpərvərlik hissinin daha da gücləndirilməsi üçün konsertlər təşkil edir.

Təşkilat kimsəsiz insanları heç zaman unutmur, daima onlarla birlikdə olurlar. Bayram sovqatları ilə qayğıya möhtac insanları sevindirirlər.

"Yeni Yurd" təşkilatı Türkiyə-Azərbaycan arasında mövcud olan mədəni əlaqələrin inkişafına daima həssaslıqla yanaşır. "Çanaqqala" zəfərinə həsr edilən "Torpaq, uğrunda ölən varsa,Vətəndir!" adlı filmin çəkilişi deyilənlərin məntiqi sübutudur

Kanal24.az kollektivi adından Mahirə xanım Əsədovanı səmimiqəlbdən təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq. Doğum gününüz mübarək!

 
 
 


10:00 03.06.2016