KANAL24.AZ
Az Iw En Ru

"Mən Azərbaycanam" təqdim edildi

Kanal24.az xəbər verir ki, bu gün rejissor Nail Naiboğlunun lentə aldığı “Mən Azərbaycanam” klipinin təqdimat mərasimi keçirilib.


Vətənpərvərlik mövzusunda olan layihənin ideya müəllifi aparıcı Zemfira Adıgözəlovadır. Təşkilatı dəstək "Yeni Yurd" Sosial İnkişaf İctima Birliyidir.

 

Ekran işində xalq artistləri Alim Qasımov, Məleykə Əsədova, "Yeni Yurd" Sosial İnkişaf İctima Birliyinin sədri Mahirə xanım Əsədova,əməkdar artistlər Lalə Məmmədova, Aybəniz Haşımova, İlqar Muradov, Ədalət Şüküeov, müğənnilər Roza Zərəgrli, Natavan Həbibi, Elnur Məmmədov, Murad Arif, rəqqasə Fatimə Fətəliyeva, idmançılar İlham Zəkiyev, Ayxan Mamayev və başqaları yer alıb.

 

 

 
 

02:51 30.04.2016