KANAL24.AZ
Az Iw En Ru

Bakıda polisi bıçaqlayanlar həbs olundu

Noyabrın 20-də saat 02:30 radələrində, C.Xəndan küçəsində xidmətdə olan Bakı şəhər BPİ DYPİ-nin inspektorlarına xəsarət yetirməkdə şübhəli bilinənlər saxlanılıb. 

 

Kanal24.az Bakı şəhər BPİ-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, “Nissan” markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İlham Ağayev və Cinayət Məcəlləsinin 126 və 128-ci maddələri ilə axtarışda olan 1981-ci il təvəllüdlü Urman Aslanov tutulub. 

Araşdırma zamanı U.Aslanovun üzərindən 10,012 qram heroin, İ.Ağayevin avtomobilindən 2 ədəd kibrit qutusunda 6,75 qram marixuana aşkar olunaraq götürülüb.


20:10 22.11.2014