KANAL24.AZ
Az Iw En Ru

Külli miqdarda narkotik vasitə aşkar edilib BAKIDA

Bərdədə külli miqdarda narkotik vasitə aşkar edilib.

Kanal24.az-ın ElTV-yə istinadən verdiyi məlumata görə, Bərdə polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı tədbirlər nəticəsində rayonun Mehdili kənd sakini Arif Ağayev saxlanılıb.

Onun yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman evin bir otağında sərili halda və müxtəlif bağlamalarda çeşidlənmiş bükümlər aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə olan marixuananı kəndin yaxınlığından keçən su kanalının kənarında əkdiyini və ona xüsusi qulluq göstərərərk becərdiyini etiraf edib.

Onun artıq iki ildir bu işlə məşğul olduğu da aydınlaşıb. Tapılan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 675 qram olub. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.


19:35 22.11.2014