KANAL24.AZ
Az Iw En Ru

Ərinin ölümünə dözməyib özünü öldürdü

1991-ci il təvəllüdlü Gülnarə Vaqif qızı Məmmədova həyatına son qoyub. 

 

Kanal24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsində bildiriblər.  

Məmmədova gecə öz mənzilinin hamamında vannada özünü boğaraq intihar edib. İntiharın səbəbi kimi isə ərinin ölümünü göstərirlər. Məlum olub ki, bu günlərdə əri xəstəlikdən rəhmətə gedib, Məmmədova öz ərini çox sevdiyi üçün onsuz yaşamamağı qərara alıb.

Fakt üzrə istintaq aparılır.


07:59 22.11.2014