KANAL24.AZ
Az Iw En Ru

Bakıda intihar etmək cəhdinin qarşısını alınıb

Bakıda bir şəxsin intihar etmək cəhdinin qarşısını alınıb.

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində məlum olmuşdur ki,vətəndaş hündürlüyü 15 metr olan, elektrik cərəyanı olmayan, köhnə yüksək gərginlikli elektik xətti dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirmişdir. Xilasedicilər dirəyə qalxaraq zərərçəkmişin asıldığı ipi kəsmiş və onu təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil verilmişlər.


16:35 21.11.2014
Xəbər lenti
Bütün xəbərlər