Rusiya prezidenti Vladimir Putin Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskini “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli ordenlə təltif edib.
Kanal24.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 18-də Putin tərəfindən imzalanmış fərmana əsasən, Jirinovski Rusiya parlamentinin və qanunvericilik fəaliyyətinin inkişafında göstərdiyi xidmətlərə görə təltif olunub.